SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
10 fevral 2017. "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş DƏYİRMİ MASA

"Mədəni irsin qorunması və səmərəli idarə edilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş DƏYİRMİ MASA

Bakı, 10 fevral 2017-cı il - Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə İsveçrə səfirliyinin nümayəndəsi, mədəniyyət sahəsində çalışan ekspertlər və QHT üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açmış, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov iştirakçıları salamlamışdır.

Monitorinqin nəticələri ilə bağlı Mehriban Vəzir məruzə edib. Məruzədən sonra iştirakçılar "Monitorinq hesabatı"nda qeyd edilən məsələlərlə bağlı fikirlərini bildiriblər. Daha sonra məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonda Sabit Bağırovun yekun çıxışı ilə tədbir başa çatıb.

Gündəlik

İştirakçılar

Təqdimat: "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi" istiqaməti üzrə monitorinq hesabatı. Məruzəçi: Mehriban Vəzir

Fotoqalereya