SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
17.09.2015."Sahibkarlar arasında mübahisələrin alternativ həlli üsulları: "Mediasiya haqqında" Qanun layihəsi mövzusunda Dəyirmi Masa"

 Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF), İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi ilə birgə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında "Sahibkarlar arasında mübahisələrin alternativ həlli üsulları: "Mediasiya haqqında" Qanun layihəsi mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada hüquqşünaslar, sahibkarlar, müxtəlif şirkətlərin və ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak ediblər.