SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
16.09.2016.Biznes-assosiasiyalar üçün "Dövlət və özəl sektor arasında dialoq və Assosiasiyalarda strateji planlaşdırma" mövzusunda təlim keçirilib

2016-cı il sentyabrın 16-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) təşkilatçılığı ilə Biznes-assosiasiyalar üçün "Dövlət və özəl sektor arasında dialoq və Assosiasiyalarda strateji planlaşdırma" mövzusunda təlim keçirilmişdir.

Biznes assosiasiyalarının təmsilçiləri və müxtəlif ictimai birliklərin nümayəndələri təlimə qatıldılar.

Təlimi giriş nitqi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) Prezidenti Sabit Bağırov açdı. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibi Faiq Səmədov təlim iştirakçılarını salamladıqdan sonra İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul "Dövlət və özəl sektor arasında dialoq" mövzusunda təlim keçdi.

Təlimdə dövlət-özəl sektor dialoqunda məqsəd, dialoqun formaları, lobbiçilik və vəkillik fəaliyyətləri, dövlət-özəl sektor tərəfdaşlığı, dövlət-özəl sektor dialoqunun komponentləri, özəl sektorun dövlətlə müzakirə edə biləcəyi mövzular, hökumətlə dialoqda təmsilçilik, biznesin dialoq prosesindəki tələbləri, dialoqun qurulma kanalları, biznesin dialoqa hazırlaşması, hökumət-özəl sektor dialoqunun nəticələri, hökumət-özəl sektor dialoqunda beynəlxalq təcrübə, dövlət-biznes dilaoqu institutunun təşkilinin əsas prinsipləri, ictimai iştirakçılıq, Azərbaycanda biznesin dövlət orqanlarının qərar verməsi prosesində ictimai iştirakçılıq imkanları – qanunverici baza, ictimai nəzarət, ictimai şuralar, Azərbaycanda Dövlət-özəl sektor dilaoqu təcrübəsi – Sahibkarlar Şurası mövzuları əhatə edilmişdir.

Təqdimatdan sonra "Dövlət və özəl sektor arasında dialoq" mövzusunda təlimin iştirakçılarının test qiymətləndirməsi keçirilmişdir.

Təlimin sonunda iştirakçılara gələcək təlim proqramları haqqında məlumat verilmişdir.

Tədbirin gündəliyi

Təqdimat: Qalib Toğrul: Dövlət-özəl sektor dialoqu (PPD) mövzusunda təlim

İştirakçılar

Fotoqalereya