SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
29 dekabr 2016 - "Ətraf mühitin qorunması və ekologiya məsələləri" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa

Bakı, 29 dekabr 2016-cı il - İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "Ətraf mühitin qorunması və ekologiya məsələləri" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "Azərsu" ASC-nin və İsveçrə səfirliyinin nümayəndələri, ekologiya sahəsi üzrə ekspertlər və QHT üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul açmış, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov və Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov iştirakçıları salamlamışlar.

Monitorinqin nəticələri ilə bağlı "EkoAləm" İB rəhbəri Sevil Yüzbaşova məruzə etmişdir. Məruzədən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Qalib Toğrulun yekun çıxışı ilə tədbir başa çatıb.

Konfransın gündəliyi

İştirakçılar

Təqdimat: "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" AİTEMP) layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyası "Ətraf mühitin qorunması və ekologiya məsələləri" istiqaməti üzrə MONITORINQ HESABATI. Məruzəçi: Sevil Yüzbaşova)

Fotoqalereya