Mediyada məqalə və müsahibələr

Qubad İbadoğlu, Zöhrab İsmayıl və Rəşad Həsənovun iştirakı ilə layihə çərçivəsində dövlət maliyyə siyasəti və idarəetmə, eləcə də xarici audit mövzusunda keçirilən tele müzakirə martın 16-da ANS TV-nin İqtisadi Forum verilişində yayımlanmışdır.Proqramın video yazısını növbəti linkdən izləmək olar:

http://www.youtube.com/watch?v=rhyNOmXY0MY
 
Layihə çərçivəsində ilk radio müzakirə 26 iyul 2013-cü il tarixində Obyektiv TV- də keçirilmişdir. Verilişin aparıcısı Hafiz Babalı Hesablama Palatasının fəaliyyətinin səmərəliliyinin artırılması mövzusunu layihənin direktoru Sabit Bağırov, ekspertlər Kənan Aslanlı və Rəşad Həsənov ilə müzakirəsi etmişdir.

Müzakirənin video yazısı ilə növbəti linkdən tanış olmaq mümkündür:

http://youtu.be/-a763cLZPqc
 

Azad İqtisadiyyata Yardım İctimai Birliyi (AİYİB) Hesablama Palatasının fəaliyyəti, eləcə də xarici auditin səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə layihə ekspertləri tərəfindən hazırlanmış tövsiyələrin ikinci radio müzakirəsini Azadlıq Radiosunda 08 fevral 2014-cü il tarixində keçirmişdir. AİYİB sədri Zöhrab İsmayıl, layihənin eksperti Kənan Aslanlı və Milli Məclisin üzvü Zahid Oruc (telefon vasitəsilə) verilişin qonaqları olmuşdur.
Verilişin video yazısı növbəti linkdə yer alır: 

https://www.youtube.com/watch?v=-X8qPLhqrmA&feature=youtube_gdata_player

28 yanvar 2014-cü il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) layihənin facebook səhifəsində Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda onlayn müzakirə təşkil etmişdir. İSİM eskperti Rəşad Həsənov verilən sualları cavablandırmışdır.
 Müzakirənin gedişi ilə növbəti linkdən tanış olmaq mümkündür:

www.facebook.com/pages/The-effective-system- of- public-finances-control-ESPFC-Project/453019478104246