Dövlət və qeyri- hökumət qurumlari ilə əməkdaşliq

Layihənin icraçıları Hesablama Palatası, Milli Məclis və digər maraqlı tərəflər ilə əməkdaşlıq və konstruktiv əlaqələr formalaşdırmış və inkişaf etdirmişdir. Hesablama Palatası birgə fəaliyyətlərin əlaqələndirilməsini dəstəkləmək, əməkdaşlıq perspektivlərini təmin etmək və layihənin icra müddətində bir çox fəaliyyətləri müştərək həyata keçirmək məqsədi ilə layihədə iştirak etməyə maraq göstərmişdir. Bundan əlavə, bir qrup millət vəkili layihə fəaliyyətlərinə tövhə verməyə hazır olduqlarını ifadə etmişdirlər.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, Şərq Təfərdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması, xüsusilə qurumun iqtisadi inteqrasiya və Avropa İttiqfaqının siyasətinə uyğunlaşma üzrə ikinci işçi qrupu, eləcə də müxtəlif KİV-lər ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurulmuşdur. İctimai maliyyənin kənar auditi, habelə Hesablama Palatasının fəaliyyəti mövzularında vətəndaş cəmiyyətinin təxminən 25 nümayəndəsinin bacarıqlarını artırmaq üçün Bakı və regionlarda təlim seminarları təşkil edilmişdir.
 
Layihə çərçivəsində Bakıdan və regionlardan olan 25 KİV nümayəndəsinə ictimai maliyyəyə nəzarəti həyata keçirən qurumların vəzifələri və fəaliyyətləri ilə əlaqədar beynəlxalq tələblər, eləcə də Azərbaycan Respublikasının Hesablama Palatasının fəaliyyəti və hesabatları haqqında məlumat vermək məqsədi ilə iki təlim seminarı təşkil olunmuşdur.
 
Dövlət maliyyə siyasəti və idarəetmə sahəsində məlumat mübadiləsi və qarşılıqlı məsləhətləşmələr aparmaq məqsədi ilə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Korporativ və Dövlət Sektorlarında Hesabatlılıq Layihəsi (CAPSAP) ilə əlaqələr formalaşdırılmışdır. Layihənin icraçıları ilə CAPSAP nümayəndələri arasında keçirilən görüş zamanı Hesablama Palatası ilə əlaqədar həyata keçirilən fəaliyyətlərə dair fikir mübadiləsi aparılmış, eləcə də əməkdaşlıq və ortaq fəaliyyət perspektivləri müzakirə edilmişdir.