"Mədən sənayesində şəffaflığın səviyyəsi"nə dair ictimai müzakirə - dəyirmi masa

9 may 2017-ci il. Şirvan şəhəri. Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyətdə” layihəsi üzrə “Mədən sənayesində şəffaflığın səviyyəsi”nə dair ictimai müzakirə keçirilmişdir. Müzakirədə müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər (QHT təmsilçiləri, neft sənayesində çalışan işçilər və s) iştirak etmişdir.

İctimai müzakirədə ekspert Mirvari Qəhramanlı iştirakçılara “Mədən sənayesində şəffaflığın vacibliyi” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda MHŞT nədir, onun prinsipləri, ictimaiyyət üçün vacibliyi, neft gəlirləri və onun xərc istiqamətləri qeyd olunmuşdur. Təqdimatdan sonra iştirakçıların çoxsaylı suallarına ətraflı izahat verilmişdir. İnsanların mövzuya həssaslığı və verilən suallardan aydın olur ki, rayonda bu sahə üzrə kifayət qədər məlumatlandırılma aparılmamışdır. Gələcəkdə məlumatlandırma ilə bağlı yeni mexanizmin seçilməsinə ehtiyac duyulur.

Ekspert: Mirvari Qəhramanlı  

Pres - reliz

Gündəlik

İştirakçılar

Təqdimat: "Mədən sənayesində şəffaflığın vacibliyi" Məruzəçi: Mirvari Qəhramanlı