Tövsiyələr

1-ci İstiqamət üzrə tövsiyələr
“Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru” nailiyyətlər əldə etmək üçün aşağıdakı təkliflər irəli sürülür.

1) İqtisadiyyatın liberallaşdırılması, ticarətin açıqlığı və sahibkarlığın təşviqi sahəsində islahatlar hazırda tətbiq olunan  Stateji Yol Xəritəsinin aparıcı xəttini təşkil etməlidir.

2) Sağlam rəqabətin dəstəklənməsi sahəsində dövlət siyasətinin əsasını təşkil edən hüquqi bazanı inkişaf etdirmək üçün  Milli Məclis  “Rəqabət Məcəlləsi”nin qəbulunu sürətləndirməlidir.

3) Qeyri-neft ixracatının stimullaşdırılması məqsədilə xarici bazarlara çıxışı olan şirkətlərin xərcləri azaldılması və onun  əsas hissəsi uzun müddətli ixracat kreditləşməsi vasitəsilə maliyyələşdirilməlidir.

4) Qeyri- neft sektorunda fəaliyyət göstərən, idxalı əvəz edən, ixacata məhsul göndərən  şirkətlərin vergi yükü aşağı salınmalı,  onlara müəyyən müddət üçün  vergi tətilləri verilməli,   onların investisiya fəaliyyətinin genişləndirilməsinə yönələn mənfəəti vergidən azad olunmalıdır. 

5) Anti- inhisarçılıq fəaliyyəti gücləndirilməli, korrupsiya ilə mübarizə sürətləndirilməli, korporativ idarəetmə modeli və nəzarət sisteminin  geniş tətbiqi  əsasında hesabatlılıq və şəffaflıq artırılmalıdır.

6) Dövlətin iqtisadiyyatda rolunun azaldılması üçün  iri  dövlət müəssisələrinin  özəlləşdirməsi və ya uzunmüddətli  idarəçiliyə  verilməsi  davam etdirilməli və bu tədbirlər  açıq tenderlər  və investisiya müsaqibələri vasitəsilə reallaşdırılmaldır.

7) Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün iqtisadi regionların maliyyə müstəqilliyi artırılması, onlar arasında rəqabət mühiti təmin edilməli, fiskal və inzibati  əks mərkəzləşdirmə gücləndirməlidir.

8) Innovativ və bilik iqtisadiyyatının bazasında milli iqtisadiyyat modernləşdirilməli, ölkəyə qabaqcıl təcrübənin, innovasiyaların,  yeni texnika və texnologiyaların gətirilməsi, nou-houların və patentlərin cəlb edilməsi  vergi-gömrük və tarif siyasəti ilə  stimullaşdırılmaldır.

9) Maliyyə-bank sektorunun sağlamlaşdırılması üçün bankların kapitalının təmərküzləşdirilməli, manatın gerçək məzənnəsinin formalaşması üçün sərbəst üzən məzənnə rejiminə keçid istiqamətində  tədbirlər davam etdirilməlidir.

10) Milli iqtisadiyyatın neft gəlirlərindən asılılığının aşağı salınmasını və eyni zamanda reqalamentləşdirilməsini tənzimləyən fiskal qaydalar qəbul edilməlidir.

11) Dövlət büdcəsinin xərclər  bölməsi nəticə və fəaliyyət indikatorlarına malik  proqramlar üzrə təsnif olunmalı və  vətəndaş cəmiyyəti institutları proqramların  icrası səviyyəsinin monitorinqinə cəlb edilməlidir.

12) Dövlət büdcəsinin xərcləmələrin iqtisadi səmərəliliyinin  artırılması üçün israfçılığa son qoyulmalı, büdcədən maliyyələşən təşkilatlar üçün xərc normativlərinə yenidən baxılmalı və onlar müasir dövrün iqtisadi gerçəkliklərinə uyğunlaşdırılmalıdır.

 < /strong>

2-ci İstiqamət üzrə tövsiyələr

1) Bölgələrin rəqabət qabliyyətliliyini müəyyən etmək üçün mexanizmlər hazırlanmalıdır. Bölgələlərin rəqabət potensialının qiymətləndirilməsi üçün əsas üçün indikatorlar kimi “insan kapitalı və həyat keyfiyyəti”, “brendinq potensialı və innovativlik”, “istehsal potensialı və ticarət imkanları” və “baza xidmətlərə əlçatanlıq” kimi rəqabət gücünü ölçməyə imkan verən indikatorlardan istifadə edilməlidir. Bu göstəricilərin tam siyahısı Qiymətləndirmə Hesabatına Əlavə 6-da təqdim edilir;

2) Regional sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin iştirakını atırmaq üçün onlaırn administrativ və maliyyə potensialının gücləndirilməsi vacibdir. Xüsusilə də kənd ərazilərində yol və içməli su infrastukturunun qurulmasında və saxlanmasında, ərazilərin məişət tullantılarından təmizlənməsində və abadlaşdırılmasında, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsində, yerli əhəmiyyətli suvarma sistemlərinin təşkilində bələdiyyələrə müstəsna səlahiyyətlər ayrılmalı, bu səlahiyyətlərin icrası ehtiyac duyulan maliyyə ilə təmin edilməlidir;

3) Hökumətin regional inkişaf proqramlarının yekunlarını və effektivliyini qiymətləndirmək üçün nəticə indikatorları müəyyən etməsi məqsədəuyğundur. Hökumətin regionların inkişafı ilə bağlı illik və yekun hesabatları mövcud vəziyyətlə hədəf göstəriciləri arasında fərqin necə dəyişdiyini əks etdirməlidir.

4) Azərbaycanda  regional inkişafın institusionanal potensialının təkmilləşdirilməsi vacibdir. Söhbət regional inkişafa məsul ayrıca mərkəzi hakimiyyət orqanı yaradılmasından gedir. Bu, ayrıca nazirlik və ya ölkə prezidenti yanında Agentlik formasında da ola bilər. Konsepsiayada nəzərdə tutulan hədəflərə çatmaq, regional iqtisadi inkişaf siyasətinin effektivliyini və nəticəliliyini artırmaq üçün beynəlxalq təcrübədə istifadə edilən institusional mexanizmlərədən və islahat tədbirlərindən yararlanmaq mümkündür. Bu sahədə faydalı ola biləcək bəzi təcrübələr Qiymətləndirmə Hesabatına Əlavə 7-də təqdim edilir;

5) İqtisadi baxımdan problemli regionların və əlverişsiz coğrafi şəraitə malik bölgələrin üstün inkişaf etdirilən regionlar kimi qəbul edilməsi üçün meyar və prinsiplər hazırlanması vacibdir. Regional inkişaf proqramlarınnda bu bölgələrə münasiətdə differnesial təşviq mexanizmləri, vergi və investisiya siyasəti təklif edilə bilər;

6) Azərbaycanda hər bir iqtisadi rayon üzrə məxsusi inkişaf proqram hazırlanması, kənd inkişafı üzrə Milli Strategiyanın işlənməsi təcrübəsindən istifadə edilməsi məqsədəuyğundur. Ayrıca işlənmiş yerli inkişaf proqramlarında hər bir regionun spesifikası, imkanları və problemləri daha dərindən analiz edilməklə uyğun çıxış yolları təklif edilə bilər.

7) Regional klasterlərin yaradılması ilə bağlı aydın yanaşmalar işlənməlidir. Hər bir ixtisaslaşmış parkın, turizm zonasının yaradılması ilə bağlı qərar elan olunmazdan öncə bu təsisatların yaradılması üzrə GZİT analizlər və master-planlar hazırlanmalı, bu sənədlər ictimai müzakirə məqsədilə online qaydada ictimailəşdirilməlidir. 

8) Paytaxtla regionlar arasında sosial-iqtisadi inkişaf fərqlərinin hansı həddinin məqsədəuyğun olması bəyan edilməlidir. Çünki aydın məsələdir ki, regionalar fərqli imkanlara və şəraitə malik oduğundan onlar arasnda fərqləri sonadək aradan qaldırmaq real görünmür. Hazırda adambaşına ÜDM həcminə, büdcə gəlirlərinin səviyyəsinə, investisiyaların həcminə görə bu fərq 10-15 dəfə intervalındadır. Lakin bu fərqlər təkcə paytaxtla bölgələr arasında deyil, bölgələrin öz aralarında da müşahidə edilir. Regional inkişaf proqramlarında bu fərqlərin azaldılmasını ölçməyə imkan verən hədəf göstəricilərinin və nəticə indikatorlarının olması vacibdir;

9) Bütün bölgələr üzrə əhatəli, etibarlı və hamı üçün əlçatan statistikanın formalaşdırıması çox mühümdür. Xüsəsən də regionlar üzrə işsizliyin real səviyyəsi, məşğul əhalinin sahələr üzrə bölgüsü, yoxsulluğun real səviyyəsi, kommunal xidmətlərlə təchizatın real əhatə dairəsi barədə rəsmi statistik məlumat bazası formalaşdırılımalıdır;

10) Azərbaycanda sosial- iqtisadi inkişafda kəskin gerilik müşahidə olunan, yaxud əlverişsiz coğrafi mövqeyinə görə müntəzəm olaraq daha kəskin iqtisadi problemlərlə üzləşən regionların üstün inkişaf etdirilməsi yaxud təşviqi ilə bağlı siyastə mexanizmləri və alətləri, belə regionları müəyyən etmək üçün meyarlar mövcud deyil;

11) Azərbaycanda hər bir region üzrə spesifik coğrafi şəraiti və iqtisadi xüsusiyyətləri nəzərə almaqla proqram və strategiyalar, eyni zamanda kənd inkişafına yönəlik məxsusi proqramlar reallaşdırmaq təcrübəsi yoxdu;

12) Azərbaycanda regional inkişafın institusional çərçivələri,  prosesin aktyorlarının sayı xeyli məhduddur. Bu məhdudluq özünü ilk növədə onda göstərir ki, bir sıra dünya ölkələri ilə müqayisədə tənzimləmə və siyasət fokusu bilavasitə regional inkişaf olan ayrıca mərkəzi icra hakimiyyəti orqanı (Regional İnkişaf Nazirliyi), bölgə inkiaşını dəstəkləyən regional inkişaf agentlikləri və ya fondları, geniş iqtisadi və administrativ muxtariyyətə malik yerli özünüidarə orqanları yoxdur.

13) Azərbaycanda regionların rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi və regional inkişaf siyasəti hazırlanarkən bu qiymətləndirmənin nəticələrinin nəzərə alınması mexanizmləri mövcud deyil;

14) Regional inkişafda klaster yanaşması tətbiq ediılməyə başlasa da, bu mexanizmin tətbiqinin nəticələrini əsaslandıran hər hansı rəsmi açıqlama əlçatan deyil.

 

3-cü İstiqamət üzrə tövsiyələr

Post- neft dövründə İKT məhsullarının xarici bazara ixracının deyil, daxili bazar təlabatınının ödənilməsinin prioritet olması.

Ölkəmizdə İKT sektorunun ixrac potensialının aşağı olması və bu sektorun uzunmüddətli investisiyaya əsaslanması qısa- və orta-müddətli dövr ərzində bu sektorun prioritet istiqamət olaraq cəlbediciliyini azaldır. 2012-ci ildə İKT sektorunda yaradılmış əlavə dəyərin Ü ;DM-də xüsusi çəkisi 1.6% təşkil etmişdir və növbəti 2 il müddətində sabit qalmışdır, 2015-ci ildə isə 1.8%-ə qalxmışdır. Qeyd etmək lazımdır ki, bu göstərici İTƏT üzvlərinin ortalamasından (6%) xeyli aşağıdır və qısamüddətli dövrdə xarici bazarda rəqabətə davam gətirə biləcək ixrac yönümlü İKT potensialı formalaşdırmağa kifayət etmir.

Digər tərəfdən, İnformasiya Texnologiyaları sənayesinin inkişafı Azərbaycan iqtisadiyyatının güclənməsi və diversifikasiyası baxımından əhəmiyyətlidir. İKT-nın yüksək artım potensialı mövcuddur və bu sektor gənc ixtisaslı kadrları cəlb edəcək iş yerləri yaratmaq imkanına malikdir. Bundan əlavə, dünya təcrübəsi göstərir ki, bu sektorun inkişafı ölkə iqtisadiyyatının digər sektorlarında inkişafı da dəstəkləyə bilər.

Belə ki, İKT sektorunun ölkə üzrə ümumi məşğulluqda payının (1.3%) aşağı olması və ÜDM-ə töhfəsinin kiçik olduğunu nəzərə alsaq, yerli informasiya texnologiyaları bacarıqlarının inkişafı stimullaşdırılmalı və bu istiqamətdə uzunmüddətli hədəflərə çatmaq üçün ardıcıl tədbirlər həyata keçirilməlidir. Daxili təlabatın ödənilməsi məqsədilə, elektron xidmətlərin (e-vergi, e-təhsil, e-səhiyyə, e-bankçılıq, e-ticarət daxil olmaqla) keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də əhatə dairəsinin genişləndirilməsini vacibdir.
İdxal edilən İKT avadanlıqları ilə güclü rəqabəti nəzərə alsaq, post-neft dövründə İKT-nın ixrac rəqabətliliyini artırmaq prioritet hesab edilməsi məqsədəuyğun deyil. Mövcud vəziyyətin təhlili göstərir ki, daxili təlabatın ödənilməsi daha mühüm xarakter daşıyır.

Xərc-gəlir təhlilinin tətbiqi. İKT sektorunda hər bir sahə üzrə xərc-gəlir təhlilinin aparılması müqayisəli üstünlüyün qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu isə öz növbəsində İKT-nın ixrac potensialını hesablamağa, bu sahənin qısa və orta müddətli dövrdə prioritet olub-olmadığını daha dəqiqliklə müəəyyənləşdirməyə  imkan verəcək. Beləliklə, xərc-gəlir təhlili həmçinin potensial investisiya axınlarının istiqamətinə təsir edərək, zərərin qarşısını alacaq.

İKT savadlılığının artırılması və kadr hazırlığı işinin təkmilləşdirilməsi. İKT sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsi əsas çağırışlardan biridir. Belə ki, sektorda yüksəkixtisaslı mütəxəssislərin azlığı və xarici mütəxəssislərin cəlb edilməsi ilə bağlı yüksək xərclər sektorun dayanıqlı inkişafını çətinləşdirən amillərdəndir.

Dünya Bankının tədqiqatına əsasən , Azərbaycanda mövcud təhsil sisteminin təmin etdiyi təhsil və bacarıqlar İT sənayesində işəgötürənlərin tələbinə cavab vermir. Səriştəli mütəxəssislərin yetişdirilməsi bu istiqamətdə boşluğu doldura və sektorun inkişafına təkan verə bilər.  Bundan əlavə, İKT savadlılığını təyin edən İKT bacarığı indeksi (ICT skills) BTİ-nın 2016-cı ildəki hesabatına əsasən, Azərbaycanda 6.47 olaraq hesablanmışdır. Qeyd etmək lazımdır ki, bu region ölkələri ilə müqayisədə aşağıdır, belə ki, İKT savadlılığını təyin edən bu göstərici Rusiyada 8.55, Qazaxıstanda isə 7.41 təşkil etmişdir.

İKT bacarığı indeksinin subindekslərinə nəzər saldıqda aydın olur ki, ölkədə ali təhsildə ümumi qeydiyyat əmsalı aşağıdır. Bu baxımdan, Milli Strategiyada nəzərdə tutulduğu kimi, ali təhsilin, peşə ixtisas müəssisələrində İKT üzrə ixtisasların, tədris planlarının, mütəxəssis hazırlığı proqramlarının mütəmadi olaraq aktuallaşdırılması və sektorun tələblərinə uyğunlaşdırılması vacibdir. Kadr hazırlığı işinin təkmilləşdirilməsi istiqamətində yerli və xarici universitetlər, beyin mərkəzləri ilə sıx əməkdaşlıq faydalı ola bilər.

Xüsusi vergi və gömrük rejimlərinin tətbiqi. İnformasiya və kommunikasiya sektorunun inkişafını dəstəkləmək məqsədilə vergi administrasiyası və gömrük xidmətləri sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq, sektorun məhsul və xidmətlərinə tətbiq edilən tariflərin nizamlanması və bu sahəyə özəl investisiya axınını stimullaşdırmaq məqsədilə tənzimləyici bazada müvafiq islahatların həyata keçirilməsi məqsədəuyğundur. Özəl sektorun aparıcı roluna əsaslanan İKT sektorunun inkişafı diversifikasiya və qeyri-neft sektorunun dəstəklənməsi baxımından mühüm xarakter daşıyır.

Daxili tələbatın ödənilməsi məqsədilə subsidiyaların və digər vasitələrin tətbiqi. Proqram təminatı və İKT sənayesi ilə məşğul olan şirkətlər və sahibkarlar üçün subsidiyaların artırılması onların fəalliyyətinə dəstək mexanizmi olaraq mühüm xarakter daşıyır.Qeyd etmək lazımdır ki, proqram təminatı sahəsində ölkəmiz daxili bazar tələbinin bir hissəsini ödəyə biləcək məhsul istehsal etmək potensialına malikdir, bu baxımdan stimullaşdırıcı mexanizmlərin tətbiqinə ehtiyac duyulur. Lakin monitorinq prosesi həyata keçirilməli və bu subsidiyaların nəzərdə tutulan tədbirlərin və layihələrin icrasına yönəldiyini təmin etməli və səmərəsiz istifadə hallarının qarşısını almaq məqsədilə nəzarət mexanizmləri gücləndirilməlidir.

Regionlarda İKT infrastrukturunun inkişafına diqqətin artırılması. Statistika göstərir ki, bölgələrdə sektorun məhsullarına çıxış, İKT savadlılığı Bakı və ətraf ərazilərlə müqayisədə geri qalır. Məsələn, sabit geniş zolaqlı şəbəkənin əhali tərəfindən istifadəsi Bakı şəhərində 74% təşkil etsə də, paytaxtdan kənar bölgələrdə bu göstərici çox aşağıdır (34%).
Bundan əlavə, məktəblərdə genişzolaqlı internetə keçid 2013-cü ildə 49.4 faizdən 2015-ci ildə 51.8 faizə artmışdır, lakin kənd yaşayış məntəqələri ilə (39%) şəhərlərdəki məktəblər (85%) arasında ciddi fərq mövcuddur. Bakı şəhərindəki məktəblərdə 10, Abşeron rayonunda 12 faiz bəndi qədər artım olduğu halda, Lənkəran, Quba-Xaçmaz, Yuxarı- Qarabağ, Dağlıq Şirvan iqtisadi rayonlarında 1-5 faiz bəndi arası azalmalar qeydə alınmışdır.

Beləliklə, regionlarda İKT-na əlçatanlılığı artırmaq məqdəsilə ardıcıl tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu istiqamətdə milli strategiyanın və ya dövlət proqramlarının hazırlanması zamanı regionlar üzrə daha konkret hədəflərin qoyulması məqsədəuyğundur.

Keyfiyyət standartlarının tətbiqi. Sektorda iş fəaliyyəti ilə bağlı arzuedilməz halların qarşısının alınması və bazara daha yüksək keyfiyyətdə məhsul buraxılışını təmin etmək