“Azərbaycan iqtisadiyyatının rəqabətliliyinin təmin edilməsində struktur islahatlarının istiqamətləri” üzrə EKSPERT MÜZAKİRƏSİ

Bakı, 24 fevral 2017-cı il - Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının “Azərbaycan iqtisadiyyatının rəqabətliliyinin təmin edilməsində struktur islahatlarının istiqamətləri”" üzrə ekspert müzakirəsi keçirib. Tədbirdə İsveçrə səfirliyinin nümayəndəsi, iqtisadçı ekspertlər və QHT üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açmış, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov iştirakçıları salamlamışdır.

"Azərbaycan iqtisadiyyatının rəqabətliliyinin təmin edilməsində struktur islahatlarının istiqamətləri" mövzusunda iqtisadçı-alim, professor Rasim Həsənov məruzə edib. Daha sonra məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonda Sabit Bağırovun yekun çıxışı ilə tədbir başa çatıb.

Gündəlik

İştirakçılar

Təqdimat: "Azərbaycan iqtisadiyyatının rəqabətliliyinin təmin edilməsində struktur islahatlarının istiqamətləri". Məruzəçi: Rasim Həsənov