SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Avqust 2017, Cümə axşamı
Azərbaycan prezidenti Maliyyə Sabitliyi Şurasının əsasnaməsini təsdiqləyib

Bakı - APA-Economics.

31.07.2017.Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Sabitliyi Şurasının əsasnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.