SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
Azərbaycan avtomobil idxalını 55% artırıb

Bakı - APA-Economics.

11.08.2017.2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 4 468 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1589 ədəd avtomobil və ya 55,19% artıb.

Ölkəyə gətirilən avtomobillərin 111 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 791 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 519 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 47 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.