SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək

Bakı.APA

09.10.2017.Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 17-də Belarus iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Belarus biznes forumu baş tutacaq.

Biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə baş tutacaq. Foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.