SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zona açıla bilər

Bakı. Azad Həsənli - Trend

10.10.2017."Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində Azad İqtisadi Zona yaratmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib.

C.Əsgərov əlavə edib: "Bu layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır".