SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
Azərbaycan ötən il postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox vəsait yatırıb

Bakı - APA-Economics.

10.10.2017.Üç illik (2013-2015-ci illər) azalmanın ardından 2016-cı ildə MDB ölkələrinin və Gürcüstanın qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi 7,9% artaraq 45,1 mlrd. dollara çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya təhlilləri mərkəzinin hazırladığı hesabatda deyilir.

Hesabatda deyilir ki, Rusiya qonşu ölkələrdən iri həcmdə birbaşa investisiya cəlb edib: bu məbləğ 61,1% artaraq 6,1 mlrd. dollara çatıb ki, bu da 2010-2012-ci illərdən sonra ən yüksək göstəricidir.

Birbaşa xarici investisiyaların idxalı baxımından Rusiya postsovet ölkələri arasında yalnız Belarus və Qazaxıstana uduzur.
Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan şirkətlərinin daxil olduğu MDB-nin 10 ən iri investorunun payına birbaşa xarici investisiyaların 59%-i düşür.

MDB ölkələrinə və Gürcüstana birbaşa xarici investisiyaların ixracı baxımından Azərbaycan yalnız Rusiyaya uduzur. Belə ki, 2016-cı ildə Azərbaycan postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox birbaşa xarici investisiya yatırıb ki, bu da 2015-ci illə müqayisədə 19,4% çoxdur. "İqtisadi azalmaya baxmayaraq, Azərbaycan region ölkələrinə kapital qoymağa hazırdır. İlk növbədə Azərbaycan nəqliyyat layihələrinə yatırım edir. Bununla yanaşı, Azərbaycanın birbaşa xarici investisiya yatırımlarının coğrafiyası (Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Belarus) genişlənməkdədir", - sənəddə qeyd edilib.