SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
Direktorlar Şurası "Nobel Oil Services" şirkətinin fəaliyyətini yüksək qiymətləndirib

Bakı - APA-Economics.

10.10.2017."Nobel Oil Services" şirkətinin fəaliyyəti üçüncü rübün yekunları üzrə Direktorlar Şurasının yığıncağında yüksək qiymətləndirilib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, yığıncaqda Direktorlar Şurasının üzvləri, səhmdarın nümayəndələri və şirkətin rəhbərliyi sonuncu yığıncaqdan sonrakı müddətdə əldə edilmiş nəticələri və gələcək planları müzakirə ediblər.

Direktorlar Şurası Nobel Oil Services və onun törəmə şirkətlərinin SƏTƏMM, komplayens, mükəmməllik və keyfiyyət sahələrində yüksək standartların təmin edilməsi üzrə davamlı fəaliyyətini qeyd ediblər.

Direktorlar Şurası SƏTƏMM sahəsində müsbət nəticələri vurğulayıb. Belə ki, son dövrdə SƏTƏMM üzrə daimi və peşəkar fəaliyyət nəticəsində "sıfır" DAFWC (iş itkisi) müşahidə edilib.

Nobel Oil Services Komplayens İdarəetmə Sisteminin daha geniş tətbiqi ilə komplayens qaydalarının və beynəlxalq səviyyəli korporativ idarəetmənin təkmilləşdirilməsini uğurla davam etdirib.

Giriş sözü ilə gündəlikdə olan məsələləri təqdim edən, eləcə də müzakirələrin icmalını ehtiva edən yekun nitqi söyləyən İmon Qorman yığıncağa sədrlik edib.

Direktorlar Şurasının üzvü Qustaf Nobel qeyri-sabit xam neft qiymətləri şəraitində şirkət rəhbərliyinin yeni biznes imkanlarının müəyyənləşdirilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Növbəti yığıncaq 2018-ci ilin yanvar ayına təyin edilib.

Nobel Oil Services Böyük Britaniyada qeydiyyatdan keçmiş neft-qaz sahəsində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Şirkətin korporativ idarəetmə sistemi Böyük Britaniyanın qanunvericiliyinə və İdarəetmə Məcəlləsinə uyğun təşkil edilib.

Nobel Oil Services şirkətinə daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.