SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
ARDNF-nin xərcləri kəskin azaldılır, gəlirləri artırılır

Bakı - APA-Economics.

01.12.2017.Gələn il üçün Dövlət Neft Fondunun (ARDNF) xərcləri Fondun büdcəsi ilə bağlı ilkin proqnoza nisbətən azaldılıb.

"APA-Economics"in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib ki, gələn il üçün ARDNF-nin xərcləri 1,879 mlrd. manat azaldılıb.

Nazir əlavə edib ki, Fondun 2018-ci ildə gəlirlərinin 883 mln. manat artırılması nəzərdə tutulub.