SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 19 Yanvar 2018, Cümə
Rusiyanın Azərbaycana investisiyaları 1,5 milyard dollara çatıb

Bakı. Ənvər Məmmədov - Trend

25.12.2017.Rusiyanın Azərbaycana investisiyaları 1,5 milyard dollara çatıb. Trend-in məlumatına görə, bunu Azərbaycan-Rusiya işgüzar şurasının genişləndirilmiş iclası zamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək potensialını vurğulayıb:

“İki ölkə arasında qarşılıqlı investisiyaların həcmi artmaqda davam edir. Rusiyanın Azərbaycana investisiyaları 1,5 milyard dollara çatıb, eyni zamanda Azərbaycan da Rusiyaya fəal şəkildə investisiyalar qoyur”.