SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 22 Fevral 2018, Cümə axşamı
BP və tərəfdaşları Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollar investisiya yatırıb

Bakı - APA-Economics.

13.02.2018."25 il ərzində bizim məxsus olduğumuz layihələr üzrə partnyorlarla birlikdə Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollardan artıq investisiya qoyulub".

"APA-Economics" xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda "BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

B.Aslanbəylinin sözlərinə görə, təkcə Azəri-Çıraq-Günəşli layihəsi üzrə 3,3 mlrd. barel neft hasil olunub.

"32 milyard kubmetr səmt qazı təmənnasız olaraq hökumətimizə təqdim edilib. "Şahdəniz" layihəsi üzrə 89 milyard kubmetr qaz hasil olunub və 176 milyon barel kondensat nefti dövlətə təhvil verilib", - deyə B.Aslanbəyli əlavə edib.