SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 21 İyun 2018, Cümə axşamı
Ziyad Səmədzadə: Azərbaycanın bankları çağırışların öhdəsindən gəlməyi bacaracaq

Bakı. Ənvər Məmmədov - Trend

06.03.2018.Azərbaycanın bankları qarşılarında dayanan çağırışların öhdəsindən gəlməyi bacaracaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, Azərbaycanın bank sektoru tədricən əvvəlki vəziyyətinə qayıtmağa başlayıb, milli valyutanın məzənnəsi isə sabitləşir: "Bununla belə, banklar qarşısında yeni çağırışlar dayanır".