SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 21 İyun 2018, Cümə axşamı
SOCAR və BMT-nin İnkişaf Proqramı razılığa gəldi: Əməkdaşlıq davam etdiriləcək

Bakı. Maksim Tsurkov - Trend

06.03.2018.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BMT-nin İnkişaf Proqramı ətraf mühitin mühafizəsi sahəsində niyyət protokolu imzalayıblar.

Trend-in məlumatına görə, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Qulam İsakzai imzalayıb.

Protokol SOCAR və BMT arasında 2015-ci ildən icra olunan və karbon tullantılarının azaldılması məsələsini əhatə edən NAMA proqramı çərçivəsində ekologiya sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə imzalanıb.