SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 18 İyun 2018, Bazar ertəsi
Almaniya Azərbaycan qazının Avropaya tədarükü üçün kredit zəmanəti verəcək

Bakı. Trend

06.03.2018.Almaniya hökuməti Azərbaycandan qaz tədarükünü təmin etmək üçün alman bankında Azərbaycanın dövlət müəssisəsi üçün 1,5 milyard dollar məbləğində borca kredit zəmanəti təqdim etmək niyyətindədir.

Bu barədə Trend "dpa" agentliyinə istinadən məlumat verir.

Agentlik Almaniya Maliyyə Nazirliyi yanında parlament dövlət katibi Yens Şpanın Bundestaqın Büdcə komitəsinin sədri Peter Böringerə ünvanladığı məktuba istinad edir.

Məktubda qeyd olunur ki, borcun məbləği 1,5 milyard dollar (1,2 milyard avro) təşkil edir: "Bu qaz tədarükləri Avropa, o cümlədən Almaniyanın qaz təchizatının təmin edilməsinə mühüm töhfə verməlidir".

Xatırladaq ki, "E.on" energetika konserni 2013-cü ildə Azərbaycanla Xəzər dənizindəki yataqdan təbii qaz tədarükü haqqında uzunmüddətli müqavilə imzalayıb. Razılaşma 2020-ci ildən 2044-cü ilədək alman şirkətinin hər il 1,45 milyard kubmetr mavi yanacaq əldə etməsini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü "Cənub Qaz Dəhlizi" çərçivəsində həyata keçiriləcək.