SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Dekabr 2018, Bazar ertəsi
2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoruna 98,4 mlrd. manat vəsait yönəldilib

Bakı.APA

12.04.2018."2004-2017-ci illər ərzində əsas kapitala 162,9 milyard manat məbləğində vəsait yönəldilmişdir ki, bunun da 65,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilmişdir".

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, istifadə olunmuş vəsaitin 95,8 mlrd. manatı məhsul istehsalı obyektlərinin, 55,9 mlrd. manatı xidmət sahələri üzrə obyektlərin, 11,2 mlrd. manatı isə ümumi sahəsi 26,1 mln. kvadratmetr olan yaşayış evlərinin tikintisinə yönəlib.

"Əsas kapitala yönəldilmiş vəsaitin 63,2 faizini daxili, 36,8 faizini isə xarici investisiyalar təşkil edib. Bu illər ərzində neft sektoruna 64,5 milyard manat, qeyri-neft sektoruna isə 98,4 milyard manat vəsait yönəldilib. Yalnız 2017-ci ildə qeyri-neft sektorunun inkişafına 7,1 milyard manat investisiya qoyulub ki, bu da 2003-cü illə müqayisədə 5,9 dəfə çoxdur. 2004-2017-ci illərdə ölkədə 8119 çarpayılıq 106 xəstəxana, bir növbədə gəlişlərin sayı 8912 olan 156 ambulatoriya-poliklinika müəssisəsi, 514,8 min  şagird yerlik 1385 ümumtəhsil məktəb binası, 20839 yerlik 202 məktəbəqədər təhsil müəssisəsi, 6880 yerlik 41 klub və digər sosial-mədəni obyektlər tikilib istifadəyə verilib", - deyə T.Budaqov vurğulayıb.