SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Oktyabr 2018, Çərşənbə
Gürcüstanın turizmdən gəliri 1 mlrd. dolları ötüb

Bakı - APA-Economics.

11.06.2018.Gürcüstan bu ilin ilk 5 ayı ərzində xarici turizmdən 1 mlrd. 36 mln. dollar məbləğində gəlir əldə edib.

APA-nın yerli bürosu bu barədə Gürcüstanın Milli Bankının hesabatına istinadla xəbər verir.

Hesabat dövründə ən çox gəlir 246 mln. dollar olmaqla may, ən az gəlir isə 157 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

Qeyd edək ki, yanvar-may aylarında Gürcüstana 2 834 576 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da ötən ilin eyni göstəricisindən 13,6% çoxdur. Qonşu ölkəyə səfər etmiş əcnəbilərin 485 733 nəfərini Azərbaycan vətəndaşları təşkil edib.

Gürcüstanda bu il əcnəbi ziyarətçilərin sayının 8 mln. nəfər, turizmdən əldə olunacaq gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnoz olunur.