SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 24 Sentyabr 2018, Bazar ertəsi
Monteneqro Azərbaycanı alternativ enerjiyə investisiya qoymağa çağırır (ÖZƏL)

Bakı. Ləman Zeynalova – Trend

09.07.2018.Monteneqronun energetika sahəsi Azərbaycandan investisiyalar üçün açıqdır. Bunu Trend-ə eksklüziv müsahibəsində Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç deyib.

O bildirib ki, Monteneqronun Azərbaycanla əməkdaşlığı İoniya-Adriatik boru kəməri (IAP) ilə bağlı fəaliyyətə əsaslanır: "Amma bu, o demək deyil ki, əməkdaşlığımız genişlənməməlidir. Əksinə, Azərbaycanın turizm şirkətləri ilə müsbət iş təcrübəsini nəzərə alsaq, ölkəmiz energetika sahəsinə Azərbaycandan investisiyalar üçün açıqdır".