SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 12 Dekabr 2018, Çərşənbə
S&P Azərbaycanın qaz layihəsinin Albaniya üçün vacibliyi barədə

Bakı. Ləman Zeynalova – Trend

07.08.2018.Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsi Albaniyanın iqtisadi inkişafının əsasında dayanan layihələr sırasına daxildir.

Trend-in məlumatına görə, bu barədə “Standard & Poor's” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Hesabatda qeyd olunur ki, Albaniyanın ümumi daxili məhsulunun yaxın 3 il ərzində real artımı 4 faiz səviyyəsində gözlənilir. Bu amil ölkəyə investisiyaların artması və xidmətlər ixracının artımı ilə əlaqədardır: “Hazırda bir sıra investisiya layihəsi Albaniyanın iqtisadi inkişafını təmin edir. 2019-cu ildə başa çatacaq layihələr sırasına Albaniyanı İtaliya və Xəzər dənizi ilə birləşdirən TAP, eləcə də su elektrik stansiyasının tikintisi daxildir”.