SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
Nazir Azərbaycanla Çexiya arasında əməkdaşlığın prioritet sahələrini açıqladı

Bakı. Ənvər Məmmədov - Trend

12.09.2018.Azərbaycan və Çexiya bir çox sahələrdə münasibətlərin inkişafı üçün böyük potensiala malikdir.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Nazir bildirib: "Ölkələrimiz arasında maliyyə, sənaye, maşınqayırma və kimya sənayesi sahələrində münasibətlərin inkişafı üçün böyük potensial var".

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır: “Bu ilin altı ayında Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb. Çexiya Azərbaycana 30 milyon dollar həcmində investisiya yatırıb, ölkəmizin isə Çexiyaya qoyduğu sərmayənin həcmi daha çoxdur”.

Qeyd edək ki, Azərbaycanda 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir.