SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 10 Dekabr 2018, Bazar ertəsi
Azərbaycan "Cənub Qaz Dəhlizi"nə 1,5 milyard dollar cəlb etməyi planlaşdırır

Bakı. İlkin Şəfiyev - Trend

09.10.2018.Azərbaycan 2018-ci ilin sonunadək "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollar cəlb edəcəyinə ümid edir.

Trend-in məlumatına görə, bu barədə energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

O qeyd edib: "Biz alman maliyyə resurslarının cəlb olunması üzərində işləyirik. 2018-ci ilin sonunadək 1,5 milyard dollar cəlb etməyi planlaşdırırıq".

Bundan əvvəl məlumat verilirdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün Avropa banklarından 15 il müddətinə 1,5 milyard dollaradək vəsait cəlb etmək niyyətindədir.