SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2018, Cümə axşamı
Səfir: Azərbaycanla BƏƏ arasında möhkəm əlaqələr var

Bakı. Trend

03.12.2018.Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında möhkəm əlaqələr mövcuddur.

Trend-in məlumatına görə, bunu BƏƏ-nin yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Mohamed Hamel Əl Qubaisi bildirib.

Diplomat bildirib: "Hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, ticarət, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, BƏƏ-dən Azərbaycana turist axınının artması müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsini göstərir".

Səfir qeyd edib ki, iki həftə əvvəl Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verən Ticarət Palatasının yaradılmasının üç illik yubileyinə həsr olunmuş tədbir keçirilib.