SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2018, Cümə axşamı
Vergilər Nazirliyi: Vergi Məcəlləsinə dəyişikliklər biznesin maraqlarını nəzərə alır

Bakı. Azad Həsənli - Trend

03.12.2018.Azərbaycanın Vergi Məcəlləsinə 2019-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər biznesin maraqlarını nəzərə alır və strateji yol xəritələrinə uyğun hazırlanıb.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib.

O qeyd edib ki, dəyişikliklər strateji yol xəritələrinə nazirlik qarşısında qoyulan öhdəliklərin icra olunmasına yönəlib:

“Bu dəyişikliklərin hazırlanması prosesində sahibkarlarla görüşlər keçirilib və beynəlxalq tendensiyalar öyrənilib”.

S.Musayevanın sözlərinə görə, dəyişiklikləri beş istiqamətə ayırmaq olar: vergitutmanın şəffaflığının təmin olunması, vergitutma bazasının genişlənməsi, vergi idarəetməsinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, güzəşt və azadolmaların iqtisadi səmərəliliyinin artırılması.