SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 20 İyul 2019, Şənbə
KOBİA və BP şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend

20.12.2018.Dekabrın 20-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan verilən məlumata görə, Trend-ə verilən məlumata görə, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Bununla əlaqədar keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin başlıca istiqamətlərindəndir. Vurğulanıb ki, dövlət başçısının təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaranmasından qısa müddət ötməsinə baxmayaraq, Agentlik tərəfindən bir sıra mühüm layihələrin icrasına başlanılıb. Kiçik və orta biznesə xidmətlərin və icazələrin vahid məkan prinsipi əsasında təşkilini nəzərdə tutan KOB evlərinin, dövlət-sahibkar dialoqunun inkişafında əhəmiyyətli rol oynayacaq KOB dostları şəbəkəsinin yaradılması, sahibkarlığa dəstək istiqamətində yeni təşkilati modellərin tətbiqi, yeni dövrün tələblərinə uyğun konsaltinq və təlim sisteminin qurulması belə layihələrdəndir. Agentliyin sahibkarlar, onların ictimai birlikləri, aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq etdiyini qeyd edən Agentlik rəhbəri BP və KOBİA arasında əməkdaşlığa dair sənədin kiçik və orta biznesin inkişafı sahəsində yeni təşəbbüslərin reallaşdırılmasına öz töhfəsini verəcəyini vurğulayıb.

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin sahibkarlığın, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib, imzalanmış Anlaşma Memorandumunun BP-nin KOBİA ilə daha sıx əməkdaşlıq etməsinə və yerli biznesin inkişafına dəstək olacağını diqqətə çatdırıb.