SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 19 Mart 2019, Çərşənbə axşamı
Boyko Borisov: Bolqarıstan əlavə qaz həcmlərinin alınması üçün Bakıda danışıqlar aparmağa ümid edir

Bakı. Azad Həsənli - Trend

14.03.2019.Bolqarıstan Balkan qaz qovşağı üçün əlavə qaz həcmlərinin alınması üçün Bakıda danışıqlar aparmağa ümid edir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

O, Azərbaycan və Rusiya qazının hesabına mənbələrin şaxələndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanla münasibətlərdən danışan B.Borisov bildirib ki, münasibətlər çox gözəldir. Baş nazir Bolqarıstanda “Trapezitsa” memarlıq-muzey qoruğunun, o cümlədən orta əsr kilsələrinin restavrasiyasında köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib:

“Müsəlman ölkəsi Avropa kilsələrinin bərpası üçün vəsait ayırıb. Bu, müxtəlif dini olan ölkələrlə dostluq edə biləcəyimizin sübutudur”.