SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 6 Dekabr 2019, Cümə
Hacıqabulda kiçiktonnajlı yük maşınları zavodunun tikintisinin başa çatacağı VAXT açıqlanıb

Bakı. Mətanət Nəsibova - Trend

06.05.2019.Hacıqabul Sənaye Məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobus istehsalı üzrə zavodun tikintisi gələn ilin yayınadək başa çatacaq.

Bunu Trend-ə “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, müəssisə 2020-ci ilin iyununda istifadəyə verilə bilər.

E.Axundov əlavə edib ki, “Azərmaş”ın zavodun tikintisində payı 100 faiz olub.

Xatırladaq ki, “Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın “IranKhodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.

2018-ci il ərzində zavodda mindən çox “Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.