SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
Layihələrimiz
Qalib BAYRAMOV

Qalib Bayramov Azərbaycan milli iqtisadiyyatının problemləri ilə bağlı tədqiqatlar aparan iqtisadçı ekspertdir. Cənab Bayramov 1990-1995-ci illərdə Azərbaycan Dözvlət İqtisad Universitetində təhsil alıb. Əmək fəaliyyətinə hələ tələbə ikən jurnalist kimi başlayıb, iqtisadi mövzularda araşdırmalar aparıb, “525-ci qəzet”in İqtisadiyyat şöbəsinin müdiri, baş redaktorun iqtisadi məsələlər üzrə müavini olub.

2005-2009-cu illərdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin “Korrupsiya ilə mübarizə və ictimaiyyətlə əlaqələr” Departamentinin rəhbəri olub. 2009-2011-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) eksperti kimi çalışıb. 2011-ci ildən bugünə kimi İTM-in İdarə Heyətinin sədridir.

Cənab Bayramov Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ), Oxfam-ın və Britaniya Şurasının yerli özünüidarəetmənin gücləndirilməsi ilə bağlı müxtəlif layihələrində ekspert, layihə rəhbəri olub. Ekspert yerli özünüidarəetmə və icmalarla iş sahəsində zəngin təcrübəyə malikdir, bu istiqamətdə bir neçə tədqiqatın və nəşrin (“Bələdiyyələrdə strateji planlaşdırma”, “Bələdiyyə vergiləri”, “Subvensiya layihələrinin icrası” və sair) müəllifidir.

Bundan əlavə, cənab Bayramov ixrac-idxal, dövlət sosial siyasəti, dövlət-özəl sektor tərəfdaşlığı, dövlət-özəl sektor əməkdaşlığı, antinhisar siyasətinin təkmilləşdirilməsi, Hesablama Palatasının işinin beynəlxalq standartlara uyğunlaşdırılması, Açıq Hökumət və digər mövzularda tədqiqat hesabatlarının müəllifidir.

Ekspert ictimai iştiarkçılıq, Açıq Hökumət və dövlət-özəl əməkdaşlığı mövzusunda təlimçi kimi ixtisaslaşıb.

Cənab Bayramov 2011-ci ildə ABŞ Dövlət Departamentinin “Açıq Dünya” Proqramının iştirakçısı olub.