SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
Azərbaycanda məşğul əhalinin üçdə biri əmək müqaviləsi bağlayıb
"Contact" internet qəzet
02 oktybr 2013. Oktyabrın 2-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi "Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları" mövzusunda dəyirmi masa keçirib.

İTY sədri Azər Mehdiyev bildirib ki, rəsmi statistikaya əsasən, ölkədə 4,4 mln məşğul əhalinin 1,48 mln-u əmək müqaviləsi bağlayıb. Problemi araşdıran İTY əmək bazarının analizini keçirib.

Tədqiqatın nəticələri barədə Birliyin sədr müavini, araşdırmanın müəllifi Rövşən Ağayev məruzə edib. Onun sözlərinə görə, ölkədə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi 35%-i ötmür. Bu o deməkdir ki, iqtisadiyyatda çalışan hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqavilələri əsasında çalışır. Aqrar sektorda çalışınların cəmi 2,5%-i, tikinti, ticarət, icimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40%-i əmək müqaviləsi ilə çalışır.

Ekspert qeydiyyatsız məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin təşviqi ilə bağlı Azərbaycan hökumətinin 4 istiqamətdə tədbrləri həyata keçirməsini vacib hesab edir. Onun fikrincə, hər şeydən əvvəl, mövcud sistemin dəyişdirilməsi, yəni işəgötürənlərin işçi ilə bağlı maliyyə yükünün yüngülləşdirilməsi zəruridir. R.Ağayev vurğuladı ki, hazırda Azərbaycanda işəgötürənlərin məşğulluğa görə vergi yükü 29.1 faizlə hətta bir sıra Avropa ölkələrindən belə yüksəkdir. Ekspert təklif edir ki, hazırkı şəraitdə sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün hazırkı 22%-dən 15%-dək endirilməsi məqsədəuyğundur. Ekspertin ikinci təklifi əmək müqavilələrinin icrasına nəzarət edən dövlət qurumlarının işinin səmərəliliyinin yüksəldilməsi ilə bağlıdır. Daha bir mühüm məsələ əmək müqavilələrinin bağlanmaması ilə bağlı inzibati sanksiyaların sərtləşdirilməsidir. Nəhayət, zəruri fəaliyyət istiqamətlərindən biri də əmək müqavilələrinin təbliğilə bağlı maarifləndirici və təşviqedici tədbirlərin gücləndirilməsidir.

Çıxış edənlər qeyd ediblər ki, həmkarlar ittifaqlarının fəaliyyətsizliyi də problemin həllini ləngidir.

Tədbir ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində təşkil edilib. Dəyirmi masada dövlət, qeyri-dövlət, beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin üzvləri, sahibkarlar iştirak edib