SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 11 Dekabr 2018, Çərşənbə axşamı
Tədbirlər 2014
Tədbirlər 2014

Sahibkar olmaq istəyən qadınlar üçün təlimlər keçirilib

09-10.12.2014. tarixlərində Gəncə şəhərində yerləşən VEGO otelində sahibkar olmaq istəyən gənc qadınlar üçün təlimlər keçirilib. Tədbirin təşkilatçıları Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi (KOMİYM) olmuşdur. Tədbir ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil edilmişdir. Təlimdə gənc qadın sahibkarlar və ekspertlər iştirak edib.

Təlim iştirakçılarını salamlayan SBİİYF prezidenti Sabit Bağırov layihə haqqında məlumat verib.

Daha sonra təlim proqamına uyğun olaraq təlimçilər İlkin Qarayev (KOMİYM rəhbəri) və Elxan Məmmədov (UM Consultancy şirkətinin direktoru) tədbiri davam etdiriblər.  

Təlimin proqramı

Dəyirmi masa iştirakçıları

Təqdimat: "Azərbaycanda sahibkarlıq". Müəllif: İlkin Qarayev

Fotoqalereya