SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 7 Dekabr 2019, Şənbə
Tədbirlər 2015 Tədbirlər 2015
"Sahibkarların Virtual Tədris Mərkəzi (www.sahibkarol.biz) təqdim edilib

24.12.2014. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) Xəzər Universiteti müəllim və tələbələri qarşısında ABŞ BİA-nın (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində hazırlanmış "Sahibkarların Virtual Tədris Mərkəzi"ni (www.sahibkarol.biz) təqdim edib.

Təqdimat zamanı qeyd edilib ki, www.sahibkarol.biz internet resursu kiçik sahibkarlıqla məşğul olmaq istəyənlərə və artıq bu fəaliyyətlə məşğul olanlara onun təşkili, idarə edilməsi, bu zaman qarşıya çıxa biləcək çətinliklər və maneələr, həmçinin onların həlli yolları, ümumilikdə kiçik sahibkarlıqla bağlı müxtəlif mövzularda bilgiləri çatdırmaq üçün təşkil edilib.

İnternet resurs əsas iki hissədən ibarətdir. Birinci hissə sahibkarlıq fəaliyyətinin hüquqi əsaslarının toplandığı “Qanunvericilik”, ölkəmizdə və bir sıra xarici ölkələrdə dövlətlərin “Sahibkarlığa dəstək” fəaliyyətləri, ölkəmizdə istehsal edilən məhsulların və göstərilən xidmətlərin “Kataloqlar”ı, sahibkarlıq fəaliyyətini rəqəmlərdə əks etdirən “Statistika” göstəriciləri, üç dildə (Azərbaycan, ingilis və rus) “Kitabxana”, dünyada və ölkəmizdə iqtisadi azadlıqla bağlı müxtəlif beynəlxalq təşkilatların illik hesabatlarının toplandığı “Mühit indeksləri”, kiçik sahibkarlıq subyektləri arasında keçirilmiş “Sorğular”, iqtisadi və sahibkarlıq mövzularında müxtəlif telekanallarda keçirilmiş “TV müzakirələr” və hər kəsin sahibkarlıq fəaliyyətində yararlana biləcəyi “Faydalı linklər” bölmələrindən ibarətdir.

Resursun ikinci hissəsində sahibkarlıq haqqında ilkin anlayışlardan başlayaraq biznesin təşkili və idarə edilməsinədək müxtəlif mövzularda 12 bölmə təqim edilir:

  • Sahibakrlıq nə deməkdir?
  • Biznes ideyan yoxdursa onu necə tapa bilərsən?
  • Biznes plan və onun qiymətləndirilməsi.
  • Biznes üçün sahibkarlıq formasını seçməlisən.
  • Biznesini qeydiyyatdan keçirməlisən.
  • Xüsusi razılıqlar və icazələr almalısan.
  • Çatışmayan maliyyəni haradan əldə etmək olar?
  • Məmurlar sizi incidirsə hara müraciət etməlisiz?
  • Vergilər.
  • Bazar araşdırması. Marketinq.
  • Personalı necə seçməlisən? Əmək müqaviləsi.
  • Biznesin idarə edilməsində nələr vacibdir?

Veb-səhifə ABŞ-ın USAID təşkilatının maliyyə dəstəyi ilə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində hazırlanıb.

İştirakçılar

Fotoqalereya