SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
Gəncə, 15-16 mart 2017. Biznes-assosiasiyalar üçün "Qadın Sahibkar Assosiasiyalarının yaradılması və inkişafı" mövzusunda təlimlər keçirilib

Gəncə, 15-16 mart 2017-ci il - Gəncə "Gələcəyə Körpü" gənclər təşkilatı "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində Gəncədə yerləşən VEGO otelində biznes-assosiasiyalar üçün "Qadın Sahibkar Assosiasiyalarının yaradılması və inkişafı" mövzusunda təlimlər keçirilib.

Tədbiri Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit BAğırov açmış, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə Haçıyeva "Assosiasiyaların yaradılması" mövzusunda təlim keçib. Fasilədən sonra tədbir "Strateji planlaşdırma" mövzusunda təlimlə davam etdirilib.

Növbəti gün tədbir Jalə Hacıyevanın apardığı "Assosiasiyalarda üzvlüyün artırılması üsulları" və "Əlaqələrin qurulması və inkişaf etdirilməsi" mövzularında təlimlərlə davam etdirilib.

Nahar fasiləsindən sonra tədbir İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramovun apardığı "Dövlət və Özəl Biznes arasında dialoq qurulması yolları" mövzusunda təlimlə davam etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.

İştirakçılar- 15 mart 2017

İştirakçılar- 16 mart 2017

Fotoqalereya