14.07.10. Kiçik sahibkarlığın inkişafı yolları
2010-cu il iyulun 14-də Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Kiçik sahibkarlığın inkişafı yolları” adlı konfrans keçirmişdir. Tədbirdə millət vəkilləri, hökumət, xarici səfirliklər, beynəlxalq təşkilatlar, yerli ekspert cəmiyyəti və media nümayəndələri iştirak etmişlər. Konfrans Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi, Açıq Cəmiyyət Institutu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə keçirilmişdir.