SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
06.05.2015."Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi ilə məşğul olan sahibkarlıq subyektlərinin (avtoservis) qarşılaşdıqları inzibati baryerlərin aşkara çıxarılması" mövzusunda dəyirmi masa

Bu gün Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Tədqiqatlar Mərkəzi (İTM), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında "Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi ilə məşğul olan sahibkarlıq subyektlərinin (avtoservis) qarşılaşdıqları inzibati baryerlərin aşkara çıxarılması" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi Masada sahibkarlar, müxtəlif şirkətlərin təmsilçiləri, ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak ediblər.