SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
23.09.2016.Biznes-assosiasiyalar üçün "Assosiasiyalarda strateji planlaşdırma" mövzusunda TƏLİM keçirilib

2016-cı il sentyabrın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) təşkilatçılığı ilə Biznes-assosiasiyalar üçün “Assosiasiyalarda strateji planlaşdırma" mövzusunda təlim keçirilmişdir.

Biznes assosiasiyalarının təmsilçiləri və müxtəlif ictimai birliklərin nümayəndələri təlimə qatıldılar.

Təlimi giriş nitqi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) Prezidenti Sabit Bağırov açdı. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Vitse-prezidenti Vüqar Zeynalov təlim iştirakçılarını salamladı. Sonra Dr. Qubad İbadoğlu Assosiasiyalarda strateji planlaşdırma: Məqsəd, missiya və hədəflər mövzusunda təqdimat etdi.

Qubad İbadoğlu “Assosiasiyanın inkişaf strategiyasının qiymətləndirilməsi: SWOT və   BEEM” təhlili” mövzuları ilə təlimi davam etdirdi. Daha sonra təlimçi “Maraq qruplarının təhlili və matrisin qurulması” haqqında danışdı.

Təqdimatlardan sonra iştirakçılar öz aralarında 4 qrupa bölündülər və təlim qruplarda müzakirələrlə davam etdi.

Çay, qəhvə fasiləsindən sonra qrupların təqdimatı oldu və təqdimatlar ətrafında müzakirələr aparıldı.

Təlimdə strategiya nədir, strategiya – taktika, strateji planlaşdırma,   təşkilati idarəetmə, strateji plan nəyə xidmət edir,  strateji idarəetmə,  strateji idarəetmə komponentləri, strateji plan, strateji planlaşdırma prosesi, SWOT və BEEM təhlil, maraq qruplarının təhlili mövzuları əhatə olunmuşdur.

Sonda təlim mövzuları ətrafında müzakirələr aparılmış və iştirakçılara gələcək təlim proqramları haqqında məlumat verilmişdir.

Tədbirin gündəliyi

Təqdimat: Qubad İbadoğlu: Strateji planlaşdırma

İştirakçılar

Fotoqalereya