SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
21 dekabr 2016 - "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş DƏYİRMİ MASA

Bakı, 21 dekabr 2016-cı il - İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə informasiya texnologiyaları sahəsində mütəxəssislər, QHT üzvləri və həmçinin İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edib.

Tədbiri giriş sözü ilə İqtisadi və Sosial İnkişaf Mərkəzinin prezidenti Vüqar Bayramov açmış, Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov iştirakçıları salamlamışlar.

Monitorinqin nəticələri ilə bağlı CESD mütəxəssisi Gülnarə Abbas məruzə etmişdir. Məruzəçi iştirakçıların müxtəlif suallarını cavablandırdıqdan sonra Monitorinqin nəticələrinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rəyi təqdim və müzakirə edilib.

Konfransın gündəliyi

İştirakçılar

Təqdimat: `"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası: İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçid istiqaməti üzrə MONITORINQ HESABATI (Məruzəçi: Gülnarə Abbas)

Fotoqalereya