27 oktyabr 2023 - Bakı IBIS otelində «Dövlət-Biznes-QHT üçbucağının genişlənməsi yolları» layihəsi üzrə yekun konfrans keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən həyata keçirilib.
Konfransı giriş sözü ilə SBİİYF rəhbəri Sabit Bağırov açdı və sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Zaur İbrahimli qonaqları salamladı və layihənin aktuallığı barədə fikirləri ilə bölüşdü.
Layihənin rəhbəri Sabit Bağırov layihə üzrə görülmüş işlər (beynəlxalq təcrübənin icmalı, ölkədəki yanaşmalar və təkliflər) haqqında məruzə etdi. Məruzənin PDF təqdimatı ilə buradan tanış olmaq mümkündür: Azərbaycanda Dövlət-Biznes-QHT
tərəfdaşlığının inkişafı yolları
Məruzədən sonra qaldırılan məsələlər ətrafında geniş diskussiya keçirildi.
Konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA-nın), Azərbaycan Sahibkarlar Konfederasiyasının, İsveçrə İnkişaf Agentliyinin, Asiya İnkişaf Bankının, Milli QHT Forumunun və 20-dən artıq QHT-nin nümayəndələri iştirak edirdi.