Bakı, 16 fevral 2017-cı il - Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və İqtisadi və Sosial İnkişaf mərkəzi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının monitorinqinin nəticələrinə həsr edilmiş konfrans keçirib. Tədbirdə Milli Məclisin üzvləri, bir sıra nazirlik və komitələrin təmsilçiləri, İsveçrənin Azərbaycandakı Səfiri, İsveçrə İnkişaf Agentliyinin, ABŞ səfirliyinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), Yaponiya səfirliyinin, ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli maliyyə qurumlarının, universitetlərin nümayəndələri, ekspertlər və QHT üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açıb və layihə haqqında məlumat verib. Milli Məclisin üzvü Vahid Əhmədov və İsveçrənin Azərbaycandakı Səfiri H.E. Philipp Stalder konfrans iştirakçılarını salamlayıblar.
Konfrans iki paneldə işini davam etdirib. Milli Məclisin üzvü Vahid Əhmədovun sədrliyi ilə birinci panel Monitorinqin nəticələrinə həsr edilib. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının Monitorinq nəticələri üzrə Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu), Qalib Toğrul (İqtisadi Tədqiqatlar Mərkəzi), Azər Mehtiyev (İqtisadi Təşəbbüslərə Yardım İB) və Vügar Bayramov (İqtisadi və Sosial İnkişaf Mərkəzi) məruzə ilə çıxış ediblər. Məruzələrdən sonra İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarının Monitorinq nəticələrinə rəyləri dinlənilib. Sual-cavab və müzakirələrdən sonra birinci panel sona çatıb.
Fasilədən sonra Milli Məclisin üzvü Rasim Musabəyovun sədrliyi ilə "Gələcək inkişafa aparan yollar" adlı ikinci paneldə "Gələcəyə baxış: Strateji Yol Xəritələri" ( Vüsal Qasımlı, İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi (təsdiqlənməlidir), " Dünya Bankı Azərbaycanda: İnkişaf Proqramlarına dəstək" ( Naveed Hassan Naqvi, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri) və " İsveçrə hökumətinin dəstək siyasəti" (Haeberli Simone, Regional Direktorun müavini) mövzularında məruzələr dinlənilib.
Daha sonra kiçik sahibkarlığın inkişafı ilə əlaqəli "Strateji yol xəritəsi" haqqında Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin rəhbəri İlkin Qarayev məruzə ilə çıxış edib.
Sual-cavab və müzakirələrdən sonra konfrans işini tamamlayıb.