Bakı, 03 fevral 2017-cı il - İqtisadi Tədqiqatlar Mərkəzi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə İsveçrə səfirliyinin nümayəndəsi, iqtisadçılar, ekspertlər və QHT üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul açmış, Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov layihə haqqında məlumat vermiş və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov iştirakçıları salamlamışdır.
Monitorinqin nəticələri ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlu məruzə etmişdir. Məruzədən sonra iştirakçılar "Monitorinq hesabatı"nda qeyd edilən məsələlərlə bağlı fikirlərini bildirdilər. Daha sonra məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb. Qalib Toğrul və Sabit Bağırovun yekun çıxışları ilə tədbir başa çatıb.
Təqdimat: "Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru" istiqamətinin icrasının qiymətləndirilməsi üzrə əldə edilmiş nəticələr. Məruzəçi: Qubad İbadoğlu