27 yanvar 2017-ci il. - "Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş DƏYİRMİ MASA

Bakı, 27 yanvar 2017-cı il - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə Daxili İşlər Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və İsveçrə səfirliyinin nümayəndələri, hüquqşünaslar, ekspertlər və QHT üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi rəhbəri Azər Mehtiyev açmış, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov və Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov layihə haqqında məlumat vermiş və iştirakçıları salamlamışlar.

Monitorinqin nəticələri ilə bağlı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi eksperti Samir Əliyev məruzə etmişdir. Məruzədən sonra tədbir iştirakçıları "Monitorinq hesabatı"nda qeyd edilən məsələlərlə bağlı fikirlərini bildirdilər. Daha sonra məruzəçi tədbir iştirakçılarının sualları cavablandırılıb. Azər Mehtiyevin yekun çıxışı ilə tədbir başa çatıb.

Gündəlik

İştirakçılar

Təqdimat: Qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi (2013-2016). Məruzəçi: Samir Əliyev