Bakı, 12 yanvar 2017-cı il - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının "Bölgələrin tarazlı inkişafı" istiqaməti üzrə Monitorinq Hesabatının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və İsveçrə səfirliyinin nümayəndələri, iqtisadçılar, ekspertlər və QHT üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi rəhbəri Azər Mehtiyev açmış, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov və Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov iştirakçıları salamlamışlar.
Monitorinqin nəticələri ilə bağlı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi rəhbərinin müavini Rövşən Ağayev məruzə etmişdir. Məruzədən sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Pərviz Əliyev və İqtisadiyyat Nazirliyinin nümayəndələri Nurəddin Eynullayev və Hikmət Nəbiyev "Monitorinq hesabatı"nda qeyd edilən məsələlərlə bağlı fikirlərini bildirdilər. Daha sonra məruzəçi tədbir iştirakçılarının sualları cavablandırılıb. Azər Mehtiyevin yekun çıxışı ilə tədbir başa çatıb.
Təqdimat: "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" layihəsi "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyası "Regionların tarazlı inkişafı": 2013-2016-cı illərdə bölgə inkişafı ilə bağlı iqtisadi siyasətin monitorinqinin əsas nəticələri. Məruzəçi: Rövşən Ağayev