Bakı, 03 noyabr 2016-cı il - İqtisadi Təşəbbüslərə Mərkəzi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasının “Bölgələrin tarazlı inkişafı” istiqaməti üzrə Monitorinq Hesabatının ilkin müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndəsi, ekspertlər və QHT üzvləri iştirak edib..
Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açmış və iştirakçıları salamlamışdır.
Monitorinqin nəticələri ilə bağlı Rövşən Ağayev məruzə edib.
Təqdimat: Regionların tarazlı inkişafı: 2013-2016-cı illərdə bölgə inkişafı ilə bağlı iqtisadi siyasətin əsas nəticələri. Rövşən Ağayev.