"Sahibkarların Virtual Tədris Mərkəzi (www.sahibkarol.biz) təqdim edildi

24 dekabr 2014-cü il tarixində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) Xəzər Universitetinin tələbə və müəllim heyətinə "Sahibkarlar üçün Virtual Tədris Mərkəzi" (www.sahibkarol.biz) veb-saytını təqdim etdi. Veb sayt USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilən Mikro Müəssisələrə Dəstək Layihəsi çərçivəsində hazırlanmışdır.

Təqdimat zamanı www.sahibkarol.biz internet resursunun kiçik sahibkarlıqla məşğul olmaq istəyən və artıq bu cür fəaliyyətlə məşğul olan insanlar üçün hazırlandığı və onların biznesi idarəetmə haqqında məlumat verilməsi, həmçinin bu zaman üzləşə biləcəkləri çətinliklər və maneələr, habelə onların həlli yolları barədə məlumatlandırılması üçün yaradıldığı qeyd edildi. Əlavə olaraq vebsaytda kiçik sahibkarlıqla əlaqəli geniş mövzular həsr edilən yazıların da olduğu qeyd edildi.

İştirakçılar