11.07.2014. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİF) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında "İdxal – ixrac əməliyyatlarinin təkmilləşdirilməsi" mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi Masada idxal-ixrac əməliyyatları aparan sahibkarlar, ictimai təşkilatların, audit və konsaltinq şirkətlərinin, əlaqədar nazirlik və digər təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.
Tədbirin açılışında SBİİYF sədri Sabit Bağırov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova iştirakçıları salamladıqdan sonra İTM eksperti Qubad İbadoğlu "Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli Fərmanı ilə əlaqədar gömrük prosedurlarının təkmilləşdirilməsinə dair ictimai birliklərin təklifləri" mövzusunda məruzə edib. Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Daha sonra Sabit Bağırovun moderatorluğu ilə keçirilən sərbəst müzakirələrdə aşağıdakı suallara aydınlıq gətirilib: 1) İdxal malları ölkəyə gətirən nəqliyyat vasitələrinin bəzi hallarda sərhəddə saxlanılanılması müddətlərin uzunluğu; 2) Avro-4 tələbləri; 3) Elektron sənədləşdirmənin bəzi təkmilləşdirmə istiqamətləri; 4) Qaynar xəttin fəaliyyəti; 5) Komitə üzrə Növbətçinin səlahiyyətləri və digər suallar.
Dəyirmi masa SBİİYF sədri Sabit Bağırovun yekun çıxışı ilə başa çatıb.
Təqdimat: “İdxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərin". Müəllif: Qubad İbadoğlu