02.07.2014. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi (KOMİYM) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİF) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında "Qadin sahibkarliğina həsr edilmiş sorğunun nəticələri" mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi Masada qadın sahibkarlar, ictimai təşkilatların, sahibkar birliklərinin, kredit təşkilatlarının nümayəndələri, hüquqşünaslar və ekspertlər iştirak ediblər.
Tədbirin açılışında SBİİYF sədri Sabit Bağırov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova iştirakçıları salamladıqdan sonra KOMİYM prezidenti İlkin Qarayev "Qadin sahibkarliğina həsr edilmiş sorğunun nəticələri" mövzusunda məruzə edib. Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Dəyirmi masa SBİİYF sədri Sabit Bağırovun yekun çıxışı ilə başa çatıb.
Təqdimat: “2 000 ev təsərrüfatinda qadinlar arasinda keçirilmiş sorğunun nəticələri ”. Müəllif: İlkin Qarayev